"Edama Məhkumun Son Günü" kitabından sitatlar | Viktor Hüqo kitab sözləri

Fiziki ağrılar mənəvi ağrıların yanında heç nədir..

Edama Məhkumun Son Günü, Viktor Hüqo


Mən də başqaları kimi adi bir insan idim. Hər gün, hər saat, hər dəqiqə mənim də öz fikrim vardı və hansısa bir fikirlə yaşayırdım.

Lap beş il, yaxud iyirmi il, lap ömürlük həps cəzası versinlər, kürəyimi isti dəmirlə dağlasınlar, qollarımda dəmir qandal gəzdirərəm ömür boyu. Ancaq həyatımı əfv etsinlər, mənə bağışlasınlar! Axı məhbus heç olmasa gəzir, hərəkət edir, günəşi görür?!

Barı,bircə dəfə ata sözünü bu dodaqlardan eşitmək-bir azdan alınacaq bu qırx illik həyatımda yeganə istəyim budur.

Cəmiyyətin vəzifəsi intiqam almaq naminə cəzalandırmaq deyil; o, islah etmək naminə tərbiyə etməlidir.

"Edama Məhkumun Son Günü" kitabından sitatlar | Viktor Hüqo kitab sözləri


Qəbrin qapısı içəridən açılmır.

Köləlikdənsə edam yaxşıdır. Başı dəmir boyunduruğuna soxmaqdansa, gilyotinin bıçağı altına qoymaq yaxşıdır...

...zindana salınmişam; gözlərim işıqlı dünyanı görmək həsrətindədir, ayaqlarım isə istədiyi yerlərə getməkdən məhrumdur...

“İnsanlar, bütün insanlar qeyri-müəyyən müddətdə edama məhkum olunmuşdur”

Nə istəyirdim, o haqda da düşünürdüm; çünki azad idim, sərbəst idim

-Ölüb!-mən təkrarladım.
— Bəs bilirsənmi, Mari, ölüb -nə deməkdir?
-Bilirəm, atam həm yerin altındadı, həm də göydədir.

Dostum, deməyin mənə, mən özümlə tək qalmaq istəyirəm...

Mənə elə gəlir ki, gözlərim bağlananda parlaq bir işıq, ruhumun əbədi yuvarlanacağı işıq uçurumu görəcəyəm.

Ürəyimin dərinliyində bu adamlara yazığım gəlirdi, onlar güləndə mən ağlamaq istəyirdim.

Edama Məhkumun Son Günü, Viktor Hüqo


— Elə bax bu şəhərin özündə, elə bu saat, buradan çox uzaqda olmayan sarayda bir adam var ki, onun da qapılarını hər yerdən qoruyurlar, onun da gözətçiləri var, o da xalqın gözündə sənin kimi tayı-bərabəri olmayan bir adamdır. Fərqi yalnız ondadır ki, o hamıdan yuxarıda, birinci yerdə, sən isə hamıdan aşağıda, axırıncı yerdəsən.

Bundan da dəhşətli şey varmı ki, fədakarlıqla, məhəbbətin bütün gücüylə sevdiyin yeganə varlıq sənə baxır, danışır, suallarına cavab verir, amma səni tanımır.

Məndə əməlli-başlı çevriliş baş vermişdi. Hamı kimi, həyatın ritmlərini duyurdum, hamının aldığı havanı alırdım; indi isə aydın hiss eləyirəm ki heç nə əvvəlki kimi deyildi.İşıq dolu geniş pəncərə, gözəl günəş, buludsuz səma, cazibədar sarı çiçək- hər şey solmuş, hər şey kəfən kimi ağ olmuş və yolumun üstə sıxlaşan bu kişilər, qadınlar, uşaqlar gözümə kabus kimi görünməyə başlamışdı.

Beləcə, mən öləndən sonra üç qadın oğulsuz,ərsiz,atasız qalacaq. Qanunların sayəsində hər biri özünəməxsus şəkildə yetim qalacaq üç qadın!

Tutaq, mən haqlı olaraq cəzalanmışam; Bəs onlar? Onların ki bir günahı yoxdur. Amma axı o yazıqların da ləyaqətlərini ləkələyirlər, gələcəklərini viran qoyurlar. Budurmu ədalət məhkəməsi?!

Daxilimdə köklü bir dönüş baş verdi. Hökmün oxunmasına qədər mən həyatın davam etdiyini, nəfəs aldığımı, başqa insanlar kimi yaşadığımı hiss edirdim;indi isə camaatla mənim aramda böyük sədd, qalın,uca bir divar vardı.

Mənə hökm oxunan dəqiqədən bəri uzun ömür sürəcəyini hesab edən nə qədər insan öldü! Grev meydanında başımın kəsiləcəyi günü gözləyərkən neçə-neçə gənc, azad və sağlam adam məndən əvvəl dünyaya gözlərini yumacaq! İndi açıq hava da gəzib nəfəs alan, istədiklərini edə bilən nə qədər insan məndən əvvəl köçəcək bu dünyadan!

Bəs ölüm bizim ruhumuza neyləyir? Onu hansı hala salır? Ondan nəyi alır və ya ona nəyi verir? Ruhumuzu hara aparır? Barı, arabir ona maddi göz verirmi ki, dünyaya baxıb ağlasın?

 Ah! Bunu biən bir keşiş tapın mənə! Mənə bir keşiş lazımdır, bir də öpmək üçün Xaç!

Bir gün mənim bu həyat hekayəmi oxuyan olsa, dürüstlüklə və xoşbəxtliklə dolu illərin ardınca bir cinayətlə başlayan və bir ölümlə sona çatan bu dəhşətli ilin gəlişinə heç kəs inanmayacaq; bu il əvvəlkilərə heç uyğun gəlmir. Baiskar isə rəzil qanunlar, alçaq insanlardır, mən pis adam deyildim!

Deməli mən öləndən sonra üç nəfər qadın oğuldan ,ərdən və atadan məhrum olacaqlar:qanunun törətdiyi üç nəfər yetim, üç nəfər başsız adam.

..mənə elə yaramaz əməllərindən danışırlar ki, dəhşətə gəlmək olar, amma bilirəm ki, sadəcə, basıb-bağlayırlar, lovğalanırlar.

Hökmün oxumasına qədər mən həyatın davam etdiyini,nəfəs aldığımı lərzəyə gəldiyini ,başqa insanlar kimi yaşadığımı hiss edirdim;indi isə camaatla mənim aramda böyük bir sədd,qalın,uca bir divar vardı .Hər şey mənə əvvəlki kimi eyni görünmürdü.Bu genis işıqlı pəncərələr,gözəl günəş ,təmiz səma bu gözəl çiçək-hər şey,hər şey sanki rəngini itirib ağarmış və saralmışdı,sanki hər şey kəfən rəngindəydi.

Bu qədər şirin təəssüratlar içərisində kədərli fikirlər necə baş qaldıra bilərdi?Təmiz havadan və günəşdən məst olduğumdan mən yalnız azadlıq haqqında düşünə bilərdim ;belə bir günəşli ,gözəl gün məndə yaşamaq ümidini artırır, başqaları həyatı ,azadlığı gözlədikləri kimi ,məndə sadəlövhlüklə hakimin qərarını gözləyirdim.

Günahkar mən deyiləm. Günahkar mənim edama məhkum olunan nəfəsimdir ki, hər şeyi korlayır və hər şeyi ləkələyir.

Edama Məhkumun Son Günü, Viktor Hüqo

Türkcə sitatlar

 Yüksek sesle bizi haksız bulup, alçak sesle hak vermişlerdi.

Bir İdam Mahkûmunun Son Günü, Victor Hugo


Eğer infaz gününü bilmeyen bir idam mahkumuysanız gardiyandan iki gün sonrası için sizinle ilgili yapılan bir plan duyduğunuzda, yaşayacağınız mutluluğu tarif edebilir misiniz ?

 Sahte siyasi gerekçeler ne kadar da iğrenç!

 Uygarlığın neresindeyiz? Adalet üçkâğıtçılık ve düzenbazlık yapacak kadar, yasa yedek çözümler bulacak kadar alçaldı! Korkunç!

Neler hissettiğimi tam olarak ifade edemeyeceğim; hem yaralanmış hem de teselli edilmiştim.

Etrafımdaki her şey hapishane. Kelimeler, duygularımı dile getirmek için yeterli değil. Fakat, itiraf edeyim, hâlâ umutluyum..

Tıpkı uyurken rüya görenler gibi her şeyi oluruna bıraktım.

Mutluluğu bulmak için yanlış kişiye başvuruyorsunuz.

Kelimeler duyguları anlatmakta yetersiz kalıyor..

Korkmayın; size kin besleyecek kadar vaktim yok.

Yok ettikleri insanın; bir zekası, hayata güvenen bir aklı, ölüme hazır olmayan bir ruhu olduğunu hiç düşünmemişler midir?

Bir İdam Mahkûmunun Son Günü, Victor Hugo


Hiçbir şey söylemeden aklı ve yüreğiyle beni nasıl da etkileyebiliyor?

Hayal gücüm hep bir şenliğin coşkusu içindeydi; istediğimi düşünmekte özgürdüm.

Bu kadar güzel duyguların içinden o korkunç düşünce nasıl çıkabildi?

Kuşkusuz pek çok kitabın toplumsal düzeni yıkıcı etkileri var.

Bütün insanlar günü belirsiz bir ölüme mahkûmdurlar.

İçinde bulunduğum bu umutsuz konumda,bazı anlar oluyor ki insan bir saç teliyle bir zinciri kırabileceğine inanıyor.

Ne yazık! Dünyada sadece tek bir varlığı sevmek, onu bütün kalbiyle sevmek ve (...) konuşurken, sizi tanımadığını fark etmek! Sadece onun tesellisine ihtiyaç duymak ve bunu yapması gerektiğinden habersiz olan tek kişi olduğunu anlamak!

 ..Çarpık ve KÖR bir CEZA ki ne yandan olursa olsun DÖNEREK hep MASUMLARI vuruyor..!

Bir İdam Mahkûmunun Son Günü, Victor Hugo
 

0 şərh